Balasanyan təslim oldu
2023-10-25 15:59:24
Qarabağdan Ermənistana qaçan terrorçu Vitali Balasanyan silahlarını ölkə polisinə təhvil verərək təslim olub.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, Balasanyan mərkəzi polis idarəsinə gedib, özünü təqdim edib və üzərindəki 16 ədəd 9 mm çaplı güllə ilə doldurulmuş 2 ədəd patronu olan “Makarov” tipli tapançanı təhvil verib.
İstintaq komitəsindən bildirilib ki, Ermənistan qanunvericiliyinə uyğun olaraq məsələ ilə bağlı cinayət işi başlanıb.
Silahların qanuni olub-olmaması araşdırılır.
Globalinfo.az