Balıq tutmağa getmişdi, boğulub öldü
2026-10-10 11:17:10
Ağcabədidə boğulma hadisəsi baş verib.
Hurriyyet.net məlumatına görə, hadisə Ağcabədi rayon Taxta Körpü ərazisində olan Axmaz adlanan gölməçədə olub.
Belə ki, Laçın Rayon Fingə kənd sakini 1974-cü il təvəllüdlü Əliyev Rafiq Muğan oğlu balıq tutmağa gedərkən orada boğularaq ölüb.
Gölməçə yaxınlığından keçən sakinlər R.Əliyevin meytini sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.