"Baltik ölkələri Azərbaycan və Türkiyə əleyhdarı açıqlamaların yeni tribunasına çevrilib" - NAZİM CƏFƏRSOY
2023-12-14 12:04:50
"Estoniya xarici işlər naziri deyir ki, parlamentdə "soyqırım" qəbulu prosesini başladırıq!"
"Tam da Azərbaycan -Ermənistan və Türkiyə -Ermənistan münasibətləri normallaşdırmağa doğru getdiyi dövrdə Estoniya xarici işlər naziri deyir ki, parlamentdə "soyqırım" qəbulu prosesini başladırıq!" Hurriyyet.az xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy deyib.
Politoloqun fikrincə, vaxtın indi seçilməsi əhəmiyyətlidir: "Ümumiyyətlə, Baltik ölkələri son dövrdə Avropada Azərbaycan və Türkiyə əleyhdarı açıqlamaların yeni tribunasına çevrilib. Bu prosesə mane olacaq addımlar atmaqda fayda var".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az