Baltikyanı ölkələr Rusiya ilə Belarusdan hərbi təlimlərlə bağlı izahat tələb etdilər
Litva, Latviya və Estoniya Minskdən Rusiya və Belarusun “Allied Resolve-2022” təlimləri ilə bağlı ətraflı məlumat istəyib. Bu barədə “Defence News” xəbər verir. 2011-ci ildə ATƏT forumunda qəbul edilmiş Vyana sənədinə uyğun olaraq Belarus belə məlumat verməlidir.
“Belarusda rus qoşunlarının toplanmasından qorxan üç Baltikyanı ölkə bu gün Minskin üzvü olduğu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının qaydalarına uyğun olaraq təlimlərin şəffaf keçirilməsi üçün rəsmi müraciət edib. Litva, Latviya və Estoniya qoşunların, döyüş tanklarının, zirehli döyüş maşınlarının, artilleriya qurğularının, minaatanların və reaktiv yaylım atəşinin ümumi sayı da daxil olmaqla təlimlə bağlı ətraflı izahat tələb ediblər", deyə Estoniyanın Vaşinqtondakı səfirliyinin təmsilçisi "Defence News"a bildirib.
Ülviyyə, Hurriyyet.az