Banda dənizinin sahilində DƏHŞƏTLİ ZƏLZƏLƏ BAŞ VERDİ
2021-12-29 23:49:00
Banda dənizinin Şərqi Timor sahillərində 7,3 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Yeraltı təkanlar UTC vaxtı ilə 18:25-də qeydə alınıb. Zəlzələnin episentri Lospalos şəhərindən 121 km şimal-şərqdə, ocağı isə 167 km dərinlikdə yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat yoxdur, sunami təhlükəsi elan edilməyib. \\Axar