"Bank Respublika"nın qohumunu güllələyən əməkdaşına cəza verildi - DETALLAR
Şəki Ağır Cinayətlər Məhkəməsində Qaxda qohumunu güllələməkdə ittiham olunan Cavidan Məmmədovun cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.
Hurriyyet.az xəbər verir ki, pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Cavidan Məmmədov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə 18 iyul 2023-cü il tarixdə, saat 22:20 radələrində Qax rayonunun Almalı kəndində yerləşən “göllər” adlanan ərazidə qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü Cavidan Məmmədov ov tüfəngi ilə qohumu Turan Məmmədova xəsarət yetirib. İttihama görə, Cavidan öz həyat yoldaşını Turana qısqanıb. Hadisə də elə qısqanclıq zəminində baş verib.
Xatırlatma: Turan Məmmədovla Cavidan Məmmədov yaxın qohumdurlar və hər ikisi "Bank Respublika"nın Qax filialında çalışıblar.