📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bankdan kredit götürmək bu şəxslər üçün ÇƏTİNLƏŞİR - YENİ QAYDA

2026-10-12 18:11:27

Bankdan kredit götürmək bu şəxslər üçün ÇƏTİNLƏŞİR - YENİ QAYDA

Mərkəzi Bank istehlak kreditlərinin verilməsi və borclanma şərtlərinə dair tələbləri yeniləyib.

Yeni qərara əsasən, istehlak kreditləri üzrə zamin duran şəxsin borcunun onun gəlirinə nisbəti 70 faizdən çox ola bilməz. Eyni zamanda, borcalanın gəlirləri rəsmi sənədlər və ya dövlət informasiya sistemləri vasitəsilə təsdiqlənə bilirsə, banklar tərəfindən gəlirin davranış modeli əsasında proqnozlaşdırılmasına icazə verilməyəcək.

Bununla yanaşı, nisyə satışla məşğul olan şirkət və fərdi sahibkarların banklara təqdim etdiyi məlumatlar kredit bürolarının bazasındakı göstəricilərlə tutlaşdırılacaq; hər hansı göstərici üzrə uyğunluq 90 faizdən aşağı olarsa, bu amil aktivlərin təsnifləşdirilməsi zamanı nəzərə alınacaq. 

Qeyd edək ki, Mərkəzi Bankın təsdiqlədiyi yeni qaydalar noyabrın 10-dan etibarən rəsmən qüvvəyə minəcək./yenisabah.az/