📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Banklar "Cashback" sevincini müştərilərə əbədi yaşatmağa borclu deyil" - ELDƏNİZ ƏMİROV

2024-02-16 13:05:23

"Kommersiya təşkilatının xidmətlərindən uzunmüddətli dövr ərzində istifadə etməyə qərar verən zaman diqqəti belə kiçik "tələ mükafatları"na yox, daha strateji məqamlara yönəltmək lazımdır"

"Bəzi restoranlar müştərini qazanmaq üçün yeməkdən sonra hesabı ödəyən müştəriyə pulsuz çay, bəzi restoranlar isə müştəriyə "bu restoranın sizə hədiyyəsidir" –deyə süfrəyə pulsuz desert, qutab və s. qoyur. Bank sektorunda isə müştəri qazanmaq üçün saysız hesabsız texnologiyalardan biri də "Cashback" siyasətidir". Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

İqtisadçı ekspert hesab edir ki, hansısa restoran həmişə müştəriyə sonda pulsuz çay verməyə borclu olmadığı kimi, banklar da "Cashback" sevincini müştərilərə əbəbi yaşatmağa borclu deyil: "Müəyyən hədəflərdən sonra bank yanaşmanı dəyişərək geri dönüş faizini azalda və ya ləğv edə bilər. Buna görə də bir kommersiya təşkilatının xidmətlərindən uzunmüddətli dövr ərzində istifadə etməyə qərar verən zaman diqqəti belə kiçik "tələ mükafatları"na yox, daha strateji məqamlara yönəltmək lazımdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az