📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Banklara və kredit təşkilatlarına tətbiq edilən maliyyə sanksiyaları dəyişir

2026-11-10 15:25:12

Banklara və kredit təşkilatlarına tətbiq edilən maliyyə sanksiyaları dəyişir

Azərbaycanda kredit və elektron pul təşkilatlarına, bank əməliyyatlarını aparan şəxslərə və maliyyə institutlarına tətbiq edilən maliyyə sanksiyalarının məbləği dəyişir.

Hurriyyet.net  xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Layihəyə əsasən, bundan sonra Vergi Məcəllənin 76-1.1-ci maddəsinin tələblərini (hesabatlılıq) icra etməməyə görə hesaba madaxil olunmuş vəsaitin ümumi məbləğinin 10 %-i qədər, lakin 1 000 manatdan az olmayaraq maliyyə sanksiyası tətbiq ediləcək. Hazırda sanksiya ümumi məbləğin 30 %-i qədərdir.

Bundan başqa, bu hesablar üzrə mədaxil əməliyyatı aparılmadıqda isə, hər belə hesab üçün maliyyə sanksiyası 400 manatdan 1 000 manata qaldırılır.