📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BANM-də bütün ixtisaslar üzrə keçid balı 600-dən yüksəkdir

2026-08-25 11:22:36

BANM-də bütün ixtisaslar üzrə keçid balı 600-dən yüksəkdir

Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı qəbul nəticələrinə görə, bütün ixtisaslarının dövlət sifarişli yerlərinin keçid balı 600 baldan yüksək olan yeganə universitet Bakı Ali Neft Məktəbi (BANM) oldu.

Hurriyyet.media  xəbər verir ki, BANM-də dövlət sifarişli ixtisaslar üzrə keçid balları aşağıdakı kimi formalaşıb:

- İnformasiya təhlükəsizliyi - 675,9 bal

- Kompüter elmləri - 674,1 bal

- Kimya mühəndisliyi - 669,7 bal

- Kompüter mühəndisliyi - 658,7 bal

- Data analitikası - 652,1 bal

- Maliyyə - 648,1 bal

- Neft-qaz mühəndisliyi - 643,2

- Proseslərin avtomatlaşdırılması mühəndisliyi - 635,2 bal

- Biznesin idarə edilməsi – 603,6 bal

Ali təhsilin BANM brendi!