BANM tələbələri magistratura imtahanlarında ölkə birincisi oldular – FOTO
2026-02-17 19:17:10
Dövlət İmtahan Mərkəzinin 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirdiyi qəbul imtahanının nəticələrinə görə Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ölkə birincisi olublar.
BANM-in İnformasiya təhükəsizliyi ixtisasının 5-ci kurs tələbəsi Elvina Əliyeva və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsi Zahid Abdullayev imtahanda 91 bal toplayıblar.
Elvina Əliyeva BANM-ə 689,6 balla qəbul olub, Prezident təqaüdünə layiq görülüb.
Zahid Abdullayev isə BANM-ə 671,2 balla daxil olub.