Banqladeşdə xaos - yüzlərlə insan Hindistana qaçmağa çalışır
2024-08-09 18:45:53
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Banqladeşin yüzlərlə sakini Hindistanla sərhəddə ölkəni tərk eləməyə çalışırlar.
RTI agentliyinin verdiyi məlumata görə, bu gün səhər saatlarında Qərbi Benqaliyanın Kuç-Bixar rayonunun Sitalkuçi quru sərhədində ciddi gərginlik yaranıb. Banqladeşin yüzlərlə sakini ölkəni tərk eləmək ümidi ilə Hindistanla sərhəddə toplaşıb. Onların qaçqın düşməsinin səbəbi Banqladeşdə hökumət əleyhinə etirazlar fonunda baş verən iğtişaşlar, toqquşmalar, qarət, quldurluq və hətta qətl hadisələridir.
Hürr Tərcüman