Banqladeşlə bağlı xəbərdarlıq
2024-08-07 13:21:32
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Qazaxıstanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Banqladeşə səfərlərdən çəkinməyi, Banqladeşdə yaşayanlara isə kəskin zərurət olmadığı təqdirdə yaşayış yerlərini tərk etməməyi tövsiyə edib.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.
Açıqlamada xəbərdarlığın Banqladeş Xalq Respublikasındakı qeyri-sabit vəziyyətlə əlaqədar olduğu bildirilir.
Hürr Tərcüman