📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baqramyan batalyonu Ukraynada nə edir?

2022-03-29 13:41:00

Baqramyan batalyonu Ukraynada nə edir?

Rusiyanın müttəfiqi Ermənistan hazırda Ukraynada gedən müharibədə aktiv şəkildə yer alır. Müharibənin əvvəlində Rusiyaya erməni dəstəyi müxtəlif şəkildə-həm erməni hərbçilərinin birbaşa müharibədə iştirak  görüntüləri ilə, həm İrəvanda Rusiyaya dəstək aksiyaları ilə nümayiş olundu. Qarabağdakı döyüşlərdə xüsusi canfəşanlıqla iştirak edən məşhur Baqramyan dəstəsi də Ukraynda gedən müharibədə Rusiyanın tərəfində yer alır. Bu quldur dəstəsinin döyüşçüləri Abxaziyada məskunlaşmış ermənilərdir. Məlum olub ki, Abxaziyada yaşayan etnik ermənilər Ukraynadakı rus işğalçılarının tərəfində müharibədə iştirak etmək üçün könüllüdür. Könüllülər arasında Abxaziya müharibəsinin iştirakçıları da var. Söhbət qəddarlıq və amansızlığı ilə tanınan yaraqlılardan gedir. 1992-1993-cü illər müharibəsi zamanı Baqramyan dəstəsi Abxaziyanın gürcü əhalisini amansızcasına qırdı.
Xatırladaq ki, Baqramyan silahlıları da Azərbaycanın Qarabağında 44 günlük müharibədə erməni işğalçılarının tərəfində iştirak edib. Belə yaraqlılardan ibarət dəstə müharibənin sonunda separatçıların lideri Arayik Arutyunyanla şəxsən görüşüb və Araik onları qəbul edib.
Bununla belə, Abxaziyalı yaraqlılar xüsusi “igidliklə” fərqlənməyiblər. Çünki onlar mülki vətəndaşları talan etməyi, işgəncəyə məruz qoymağı, mülki insanları öldürməyi bilirlər. Lakin açıq döyüşdə cəsarətli deyillər. Axı onlar 1992-1993-cü illərdə Abxaziyada erməni zəhəri ilə beyni zəhərlənmiş, aldadılmış gürcü ordusu abxazlar və nizami rus ordusu ilə döyüşüblər. Abxaziyadakı erməni yaraqlıları-Baqramyan dəstəsi daha çox yaşlı qadınlar və uşaqlarla “döyüşdülər”.
Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərini mümkün qədər ukraynalı əhalidən “təmizləməyi” qarşısına məqsəd qoyduğuna dair bütün əlamətlər var. 2022-ci il martın 23-nə olan məlumata görə, müharibə başlayandan bəri 40 milyonluq Ukrayna əhalisindən 10 milyondan çox insan qaçqın düşüb, 3,5 milyondan çox Ukrayna vətəndaşı isə öz ölkəsini tərk etmək məcburiyyətində qalıb.
Bununla belə, ukraynalılar işğalçıların atəşi və bombalanmasından ölmək təhlükəsi altında  belə, doğma torpaqlarını tərk etmək istəmirlər. Mülki əhali əsasən öz evlərində və işğalçıların keçdiyi yerlərdə qalır, baxmayaraq ki, onları “sıxıçdırıb çıxarmaq” üçün hər şeyi edirlər. Rus işğalçı qoşunlarının gəldiyi şəhər və kəndlər işıqsız, susuz, istiliksiz qalır, ora ərzaq verilmir, apteklərdə dərman yoxdur və s. Ancaq hətta bu cür qeyri-insani yaşayış şəraiti çox vaxt ukraynalıları, xüsusən də kənd sakinlərini evlərini tərk etməyə məcbur edə bilmir. Məhz bu məqamda evlərindən çıxmaq istəməyən ukraynalıları buna məcbur etmək üçün Baqramyan quldurları dövrəyə girir. İşğalçılara çox güman ki, Gürcüstan Abxaziyasında dinc əhalini qarət etmək, öldürmək və işgəncə təcrübəsinə malik olan erməni yaraqlıları arasından cəllad funksiyasını yerinə yetirən kadrlar lazım idi. Əgər bu qatillər uzun illər birlikdə yaşadıqları qonşularını vəhşicəsinə öldürə bilirlərsə və “erməni-gürcü dostluğundan” danışa bilirdilərsə, o zaman “ən qədim xalq”ın millətçiləri üçün vəhşi-barbar olan digər xalqlar barədə, eləcə də Ukraynanın sakinləri haqqında nə demək olar. Ona görə də çox güman ki, rus işğalçıları 1992-1993-cü illərdə Abxaziyadan 300 mindən çox gürcünün qovulduğu kimi, mülki əhalini canlarını qurtarmaqdan ötrü qaçmağa məcbur etmək üçün onlara qarşı cəza tədbirləri kimi erməni silahlılarını prosesə cəlb edirlər. Burada nəzərə almaq lazımdır ki, sıravi rus əsgərləri etnik təmizləməyə mənəvi cəhətdən hazır deyillər. Ən azından Ukraynalılar ilə eyni kökənlilik baxımından bu çətindir. Eyni zamanda, erməni yaraqlıları Ukraynada soyğunçuluqla məşğul olmaq və mümkün qədər çox qiymətli əşyaları qarət etmək fürsətini gözləyirlər, üstəlik qaçmağa məcbur olan ukraynalıların sahilyanı evlərini özləri və qohumları üçün zəbt etmək mümkündür. Bu da "Baqramyan quldurları" üçün kubokdur.
Baqramyan batalyonunun yaraqlı-talançılarının planlarına yalnız Ukrayna ordusu “düzəlişlər” edə bilər. Öldürmək və yad əraziləri talan etmək üçün getdikləri torpaqda Ukrayna hərbçilərinin sayəsində öz qəbirlərini tapacaqlar.

Ülviyyə, Hurriyyet.az