📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Barəsində CM-nin 5-6 maddəsilə cinayət işi açılmış Gülnarə Bayramova müalicə adı ilə Türkiyəyə QAÇIB..

2024-07-15 10:40:52

Barəsində CM-nin 5-6 maddəsilə cinayət işi açılmış Gülnarə Bayramova müalicə adı ilə Türkiyəyə QAÇIB..

12 sentyabr 2023-cü ildə başlayan  məhkəmə prosesi  1 ilə yaxındır niyə uzanır..?

Gündüz Əliyevin bacısı Gülnarə Bayramova məhkəmə prosesindən bilərəkdən  yayınır...

Zakir Fərəcov məhkəmə prosesinin hər dəfə təxirə salınmasında niyə  maraqlıdır ?

Zakir Fərəcov məhkəmədə Gündüz Əliyevin hər şeyi açıb-tökəcəyindən  qorxur...   

Yazıya 05  sentyabr 2023-cü il tarixdə ölkənin ən nüfuzlu  saytlarından biri olan  APA-da dərc olunmuş rəsmi məlumatla başlayaq.

Külli miqdarda mənimsəmədə təqsirləndirilən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Gündüz Əliyev, onunla birgə ittiham olunan “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsinin sabiq baş mühasibi Gülnarə Bayramova və tanışları - Elxan Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və cinayət işi məhkəmə baxışı sentyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin sahibkarlıq fəaliyyəti adı altında 2012-2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə xüsusilə külli miqdarda pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi materiallarına əsasən, Gülnarə Bayramova və Gündüz Əliyev Elxan Əsədov vasitəsilə təsis etdikləri 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması  GÖRÜNTÜSÜ  yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub.

Köçürülmüş pul vəsaitinin bir hissəsi, yəni 1 milyon 613 min 334 manat məbləğində hissəsi Elxan Əsədov və digərləri vasitəsilə nağdlaşdırılmaqla mənimsənilib.

Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb və ibtidai istintaq zamanı SÜBUTA YETİRİLİB.

İş üzrə toplanmış MÖTƏBƏR  SÜBUTLAR  əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələri ilə yekun İTTİHAM ELAN  EDİLİB. 

Bu məlumat ölkənin əksər KİV-də yayılıb və təkzib olunmayıb.

Bura  qədər yazdıqlarımız rəsmi məlumatdır.

İndi isə keçək ölkənin uyğun dövlət qurumlarının rəhbərlərinə  ünvanladığımız  suallara.

Cənablar !

Bu məlumat  05 sentyabr 2023-cü ildə yayılıb. Yəni istintaqın yekunlaşmasından və məhkəməyə göndərilməsindən təxminən 10 ay keçir.

Hətta Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə bu işə bağılacağı da 10 ay əvvəldən məlumdur.

Bəs nə üçün bu günədək bu cinayət işinə baxılmayıb ?

Daha doğrusu, bir neçə dəfə baxılıb və heç bir ciddi əsas olmadan məhkəmə prosesi hər dəfə təxirə salınıb ?

Məhkəmənin təxirə salınmasında ən çox marağı olanlardan biri də Sumqayıt ŞİH-nin başçısı Zakir Fərəcovdur.

Oxucular düşünə bilər ki, Zakir Fərəcov niyə..?

Çünki  Gündüz  Quliyevin əməllərini arxasında Zakir Fərəcov dayanır. Və qorxur ki, Gündüz Əliyev məhkəmədə Zakir Fərəcovun bu cinyət əməllərinə ortaq olmasını açıb deyər.

Atalar demişkən, meymunun boğazına su çıxanda balasını o məsələ...

Və ona görə də Zakir Fərəcov barəsində CM-nin bir neçə maddəsilə cinyət işi qaldırılmış  Gündüz Əliyevi işdə saxlayır və üstəlik məhkəmənin hər dəfə təxirə salınması, işin uzaldılması üçün bütün imkanlarından istifadə edir.

Təkrarçılıq  olsa da onu da qeyd edək ki, Zakir Fərəcov- Gündüz Əliyev cütlüyünün əməlləri təkcə Sumqayıt Tibb Mərkəzi ilə bağlı deyil.

Bu cütlük Sumqayıtın abadlıq və quruculuğu adı altında xeyli sayda iş adamını, sahibkarı işlədərək halal pullarını mənimsəyib, dövlətin milyonlarla vəsaitini ələ keçiriblər.

İndi bildinizmi, Zakir Fərəcov nə üçün canfəşanlıq edir, Gündüz Əliyevi və onun bacısı Gülnarə Bayramovanı qorumağa çalışır. Bunun üçün məhkəmələrə də təzyiq edir. Və Gülnarə Bayramıvanın  mülicə adı altında Türkiyəyə qaçması da Zakir Fərəcovun planıdır. Yəni bütün bu işlərin başında Zakir Fərəcov dayanır.

Zərərçəkən iş adamlarının müraciətləri isə bu günədək cavabsız qalıb.

Bütün bunlar öz yerində. Bəs müvafiq  dövlət qurumları niyə  tədbir görmür ?        

Ali Məhkəmənin sədri cənab İnam Kərimov niyə tabeçiliyində olan məhkəmə sədrləri  ilə bağlı  tədbir görmür ?  

Biz hələ  05 sentyabr 2023-cü ilədək istintaqın neçə ay davam etməsini demirik. Yəni 1 ildən çoxdur ki, bu ötür-ötür oyunu davam edir.

Cənablar !

Bazardan  1 yeşik pomidor oğurlayan kasıb ailə başçısına  1 həftəyə 2 ay həbs cəzası  kəsə bilirsiniz. Amma  dövlətin  milyonlarla pulunu mənimsəyən Gündüz Əliyev və onun bacısı, baş mühasib Gülnarə Byramovaya gözün üstə qaşın var deyən yoxdur, hətta onlara  YAŞIL İŞIQ yandırmısınız.

Bəli, Gülnarə Bayramova hazırda Türkiyədə istirahət edir, qardaşı Gündüz Əliyev isə Çini, Hindistanı, Dubayı su yoluna döndərib. Bu necə olur?

Adi vətəndaşın 500-600 manat borcu olanda ona STOP qoyursunuz, ölkədən çıxışını QADAĞAN edirsiniz. Amma  dövlətin milyonlarını talayan, barələrində CM-nin 5-6 maddəsi ilə cinayət işi açılmış qardaş-bacıya himayədrlıq edirsiniz. Niyə ?

Barəsində  Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və DİGƏR MADDƏLƏRİ  İLƏ cinyət işi açılmış, hazırda Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə məhkəmə prosesi keçirilməli olan, keçmiş baş mühasib Gülnarə Bayramova Türkiyədə nə edir?

Guya Gülnarə Bayramova müalicə üçün  Türkiyəyə gedib. Görəsən, Azərbaycanda  müalicə olunmağa həkim tapmayıblar ?

Söhbət müalicədən getmir. Məqsəd  məhkəmə prosesini uzatmaq və sonda zərəri ödəmək səbəbi ilə işə xitam verməkdir.

Görəsən Zakir Fərəcov və Gündüz Əliyev cütlüyü sahibkarların halal pulunu niyə ödəmir ?

Təssəvvür  edirsiniz  Gündüz Əliyev  və Gülnarə  Bayramova barəsində məhkəmə prosesi  12 sentyabr  2023-cü ildə təyin edilib. Hətta hakim Aynur Rzayeva da bəllidir. Amma 1 ilə yaxındır məhkəmə prosesi başa çatmaq bilmir.

Belə getsə  bu məhkəmə prosesi tarixə “Əsrin məhkəməsi” kimi düşəcək.

Bunun bircə adı var. Məhkəmə sistemi fəlakətli durumdadır. Yoxsa Zakir Fərəcov və Gündüz Əliyev cütlüyü Azərbycan qnunlarını ayaq altına atmazdılar.

Görəsən,  Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədri cənab  Rəşad Əliyev nə düşünür ?

Cənab məhkəmə sədri !

Heç bir ciddi əsas olmadan  bu boyda ağır cinayət işini neçə dəfə  təxirə salmaq olar ?

Növbəti yazıda SDU-da baş müəllim olan  Gündüz Əliyevin sabiq MTN naziri Eldar Mahmudovla “ortaq biznesindən”  və digər əməllərindən bəhs edəcəyik.

NUH.az