📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Barselona" "Çelsi"nin ulduzunu transfer edir

2022-04-14 19:37:00

İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Kataloniya təmsilçisi "Çelsi"nin təcrübəli müdafiəçisi Antonio Rüdigeri sıralarına qatmaq niyyətindədir. Mənbənin məlumatına görə, tərəflər arasında 29 yaşlı almaniyalı futbolçunun keçidi barədə rəsmi danışıqlar aparılır.

Lakin xəbərdə transfer üçün təklif olunan məbləğ barədə informasiya qeyd olunmayıb.

Bildirək ki, Rüdiger 2017-ci ildən "Çelsi"də çıxış edir. \\goal.com