"Barselona" daha bir məşhur futbolçu ilə anlaşdı
2022-03-22 12:48:00
"Barselona" mövsümün sonu "Milan"dan ayrılacaq Frank Kessie ilə anlaşıb.
Bu barədə italiyalı jurnalist Cianluca di Marzio məlumat verib. O, 25 yaşlı fil dişi sahilli orta sahə oyunçusunun İsveçrənin Luqano şəhərində tibbi müayinədən keçdiyinmi bildirib. O, yeni komandasına azad agent olaraq yayda qatılacaq. Onun ilik qazancı 6.5 milyon avro olduğu vurğulanıb.
Afrikalı futbolçu Kataloniya təmsilçisi ilə 4 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, Kessie 2017-ci ildən "rossonyerilər"də çıxış edirdi. \\Offsideplus.az