📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Barselona" "Mançester Siti"nin ulduz futbolçusu ilə anlaşdı

2023-05-18 19:34:00

İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Kataloniya təmsilçisi "Mançester Siti"nin mərkəz yarımmüdafiəçisi İlkay Gündoğanla anlaşıb.

Məlumata görə, La Liqa klubu 32 yaşlı türk əsilli futbolçuyla ilkin razılıq əldə edib. İlkayın yay transfer dövründə "Barselona"nın sıralarına qoşulacağı gözlənilir.

Lakin razılaşmanın şərtləri barədə informasiya verilməyib.

Bildirək ki, Gündoğanın MS ilə müqaviləsinin müddəti bu ilin 30 iyununda başa çatır. \\Offsideplus.az