📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Barselona" Olmonun xidmətindən məhrum oldu

2024-08-13 21:26:00

"Barselona" 62 milyon avroya yeni aldığı Dani Olmonu yeni mövsüm üçün sifariş edə bilmir. 

Bu barədə "Cadena SER" məlumat yayıb.

Mənbənin məlumatına görə, Kataloniya klubunun yarımmüdafiəçini qeydiyyatdan keçirmək üçün kifayət qədər pulu yoxdur. 

Sabah yeni mövsümü başlayacaq La Liqanın qaydalarına əsasən, “Barselona” Olmo və digər oyunçuları heyətinə qatmaq üçün 60 milyon avro tapmalıdır. Klub rəhbərliyi bunun üçün qısa vaxt ərzində ulduzlarından birini satmağa çalışır. Söhbət Rafinya, Frenk de Yong və ya Ronald Arauxodan birindən gedir.  \\Fanat.Az