"Barselona" oyunçuları fırtınaya görə geri qayıda bilmədi
2026-10-18 22:10:51
Kataloniyanın paytaxtını bürüyən güclü fırtına səbəbindən “Barselona” klubu evə uça bilməyib və gecəni Sevilyada keçirməli olub.
Modern.az xəbər verir ki, komanda oktyabrın 17-də La Liqanın 9-cu turu çərçivəsində “Betis”lə qarşılaşıb və 5:2 hesabı ilə qələbə qazanıb.
“Barselona” oktyabrın 19-da, bazar ertəsi Parisə yola düşməlidir. Kataloniyalılar oktyabrın 20-də, çərşənbə axşamı Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turu çərçivəsində PSJ ilə qarşılaşacaqlar.
İspaniya çempionatında keçirdiyi 9 oyundan sonra “Barselona” 27 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. Kataloniya təmsilçisi ən yaxın izləyicisi “Atletiko”nu 5 xal qabaqlayır.