📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Barselona” portuqaliyalı futbolçuya görə Messidən imtina edib

2022-12-05 21:15:00

“Barselona” portuqaliyalı futbolçuya görə Messidən imtina edib

“Barselona” Lionel Messini geri qaytarmaq fikrində deyil. Belə ki, Kataloniya klubunun rəhbərliyi hücum xəttində daha gənc oyunçu almağa üstünlük verir.

Mənbə iddia edir ki, “Barselona”nın direktorlar şurasında Messinin qayıdışı ilə “Mançester Siti”dən Bernardo Silvanın transferi arasında seçimlə bağlı uzun müddət müzakirələr aparılıb.

“Barselona”nın prezidenti Joan Laporta əvvəlcə əfsanəvi argentinalının geri qayıtmasının tərəfdarı olub, lakin idarə heyəti onu daha gənc olan portuqaliyalı oyunçuya üstünlük verməyə inandıra bilib.

Xatırladaq ki, L.Messi “Barselona”nı 2021-ci ildə tərk edib.\\Azmedia.az