📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Barselona" qapıçısı ilə yollarını ayıracaq

2025-03-11 21:19:02

Barselona

İspaniyanın "Barselona" komandası cari mövsümün sonunda qapıçısı İnyaki Penya ilə yollarını ayıracaq.

Kataloniyalılar 26 yaşlı qolkiperin xidmətində maraqlı deyil.

"Əlcək sahibi"nin vaxtilə icarə əsasında çıxış etdiyi "Qalatasaray" (Türkiyə) klubu onu transfer etməyi düşünür.

Qeyd edək ki, "Barselona" cari mövsümün gedişində ciddi zədələnən qapıçı Mark-Andre ter Şteqenin əvəzinə Voytsex Şensnını heyətinə qatıb. \\Axar.Az