📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Barselona", "Real", Milan" türk ulduz üçün nə qədər təklif edib? - MƏBLƏĞ

2023-06-26 22:11:00

"Fənərbağça"nın 18 yaşlı yarımmüdafiəçisi Arda Gülər Avropa nəhənglərinin transfer siyahısındadır. 

Referans.az  xəbər verir ki, "Fanatik" Gülər üçün "Fənərbağça"ya edilən təklifləri açıqlayıb. 

"Real Madrid": 17,5 milyon avro və "Fənərbağça"da 1 il icarədə oynamaq;

"Barselona": 17,5 milyon avro və dərhal heyətdə oynamaq şansı;

"Milan": Bonuslarla birlikdə 22 milyon avro və sonrakı satışlardan pay.

Qeyd edək ki, Arda Gülərin "Fənərbağça" ilə 2025-ci ilin yayınadək müqaviləsi var.(offsideplus.az)