"Barselona" və "Mançester Siti" türk ulduz uğrunda mübarizə aparır
2023-05-15 23:12:00
İngiltərənin "Mançester Siti" klubunun üzvü İlkay Gündoğanın gələcək karyerası hələ ki, bəlli deyil.
"Şəhərlilər" kapitana 1 illik müqavilə təklif edib. Lakin futbolçu daha 2 il "Mançester Siti"də qalmaq istəyir.
İspaniyanın "Barselona" klubu isə türk əsilli yarımmüdafiəçiyə 2 illik sözləşmə təklifi irəli sürüb. İki klubun uğrunda mübarizə apardığı Gündoğan son qərarını yayda verəcək.
Qeyd edək ki, cari mövsüm Premyer Liqada 30 oyun keçirən futbolçu 8 qol və 4 assistə imza atıb.\\Offsideplus.az