📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Barselona"nın futbolçusu bu ilin sonuna qədər oynamayacq

2024-07-22 21:08:26

"Barselona"nın futbolçusu Ronald Arauxo dekabra qədər yaşıl meydanlardan uzaq qalacaq.

Hurriyyet.az "AS" nəşrinə istinadən xəbər verir ki, Uruqvay millisinin üzvü Amerika kubokunun 1/4 finalında Braziliya ilə matçda zədə aldığı üçün dizindən əməliyyat olunub.

Qeyd edək ki, Arauxo milli komandanın heyətində daha əvvəl də zədə almışdı. Ona 2022-ci ildə İranla yoldaşlıq oyunundan sonra vətərinin qopması diaqnozu qoyulmuşdu.