📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baş həkim istefa VERDİ

2022-02-11 15:06:00

Baş həkim istefa VERDİ

Respublika Klinik Uroloji Xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub.

Lent.az xəbər verir ki, bu barədə Baş həkim Pərviz Hacıyev özün feysbuk hesabında paylaşım edib.

O, bununla bağlı rəhbərliyə ərizə ilə müraciət edib.

Paylaşımda deyilir:

"Respublika Klinik Uroloji Xəstənasından ayrıldım, öz inkişafıma və xəstələrimə daha çox vaxt ayırmalıyam, icazə istədim. Mənə etimad edib bu məsuliyyətə laiq gördükləri üçün Təbib və İTS-in rəhbərlərinə təşəkkür edirəm. 1,5 ildə RKUX-da gözəl insanlar tanıdım, müəllimlər, dostlar qazandım. Köklü Urologiya məktəbinin ailəsinin üzvü oldum, mənə sahib çıxdılar. Ümid edirəm, gözəl işlərə imza atacaqlar, hamısına uğurlar arzulayıram".

Lent.az