📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baş katib: "Belarus işğala yardım edir, NATO Ukraynanın yanındadır"

2022-03-01 15:29:00

Baş katib:

“Putin sülhü məhv etdi, Belarus da işğala yardım etdi. NATO Ukraynanın yanındadır”.

Report xəbər verir ki, bu fikirləri NATO-nun Baş katibi Yens Stoltenberq söyləyib.

“Ötən həftədə Alyansımızın şərq cinahındakı mövcudluğumuzu gücləndirdik. Bizim müdafiə məsələsindəki öhdəliklərimiz mübahisəsizdir. NATO ərazilərini müdafiə etməyə davam edəcək”, - o vurğulayıb.

Yens Stoltenberqin sözlərinə görə, NATO Rusiya ilə savaşmaq istəmir:

“Problem xoşniyyətli diplomatik yollarla həll edilməlidir. Bütün dünya sülh üçün Ukraynanın yanındadır”.

Report.az