📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baş Nazir: "Azərbaycanda ərzaq məhsulları üzrə ehtiyatlar yaradılır"

2022-03-15 12:44:00

Baş Nazir:

"Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Azərbaycanda ərzaq məhsulları üzrə ehtiyatlar yaradılır və əlavə təchizatla bağlı bütün mümkün tədbirlər görülür”.

Hurriyyet.az-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisin gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

"Ukraynadakı hadisələrla bağlı nəqliyyat-logistika sahəsində ciddi problemlər, qiymət artımları var. Prezident İlham Əliyevin tapşırığına əsasən, mövcud çağırışlara operativ və çevik reaksiya verilməsi üçün qabaqlayıcı və təxirəsalınmaz tədbirlər görülür", - deyə o, qeyd edib.