📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baş nazir ərinin fəaliyyətinə görə istefaya göndərilə bilər

2023-08-23 23:02:05

Baş nazir ərinin fəaliyyətinə görə istefaya göndərilə bilər

Estoniya parlamentinin və Avropa Parlamentinin üzvləri baş nazir Kaya Kallasın mümkün istefasının müzakirəsinə başlayıblar.

Bu barədə RİA məlumat yayıb.

Məlumata görə, Kallasın istefasının istənilməsi əri Arvo Hallikə məxsus “Callas Stark Logistics” adlı nəqliyyat şirkətinin Rusiyayla işini davam etdirdiyi məlumatından sonra gündəmə gəlib.

“İstisna etmirəm ki, bu, parlamentin etimadının itirilməsinə və baş nazir Kallasın istefasına səbəb ola bilər. Unutmayaq ki, Kaya Kallasın son il yarımda populyarlaşmasının və İslahatçılar Partiyasının parlament seçkilərində güclü nəticəsinin əsas səbəbi məhz Rusiyaya qarşı mövqeyi olub”, - Avropa Parlamentinin deputatı Raymond Kalyulayd deyib. \\Axar.Az