📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baş nazir etiraf etdi: Türkiyə ilə işləməyə məcburuq

2021-12-08 00:09:00

Baş nazir etiraf etdi: Türkiyə ilə işləməyə məcburuq

Yunanıstan Baş naziri Kiriakos Mitsotakis CNN International-a müsahibəsində Türkiyə ilə əməkdaşlıqla bağlı diqqətçəkən açıqlama verib.

Mitsotakis miqrant böhranı ilə bağlı Türkiyə ilə işləmək məcburiyyətində qaldıqlarını bildirib.

“Həyatları dənizdə təhlükə altında olanları xilas etmək üçün hər gün əlimizdən gələni edirik. Amma qonşularımızla da çalışmalıyıq. Buna görə də Türkiyə ilə işləməliyik. Bu, düzgün yanaşmadır. Qanunsuz keçidlərin qarşısını almaq üçün birlikdə hərəkət etməliyik”, - baş nazir deyib. \\Kanal