Baş nazir Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi ölkədə iqtisadi iflasa səbəb ola bilər.
2024-10-11 10:49:26
Gürcüstanın Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməsi ölkədə iqtisadi iflasa səbəb ola bilər. Bunu Gürcüstanın baş naziri Kobaxidze Avropa Parlamenti üzvlərinin Moskvaya qarşı sanksiyalar tətbiq etmək çağırışını şərh edərkən deyib.
“... iqtisadçılar hesabladılar ki, ilk ildə ölkədə 10%, pessimist ssenaridə isə 18% iqtisadi tənəzzül müşahidə oluna bilərdi ki, bu da iqtisadi iflasa səbəb olardı”, baş nazir qeyd edib.
Kobaxidze əlavə edib ki, ölkədəki iqtisadi problemlər müxalifətə hakimiyyəti dəyişməkdə kömək edəcək.
Ülviyyə, Hurriyyet.az