📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baş nazir müxalifət partiyasını məhkəməyə verəcək

2024-07-25 15:06:23

Baş nazir müxalifət partiyasını məhkəməyə verəcək

Hurriyyet.az "Sputnik Gürcüstan" agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlament seçkiləri başa çatdıqdan sonra eks-prezident Mixail Saakaşvilinin qurucusu olduğu "Vahid milli hərəkat" partiyasını məhkəməyə verməyə hazırlaşır.
Kobaxidze bu  barədə açıqlamasında deyib: "Hazırda biz siyasi qüvvənin, daha doğrusu bu agenturanın məhkəməyə verilməsindən danışırıq".
O, müxalifətin cinayətkar adlandırıldığı ölkədə demokratya qurmaq mümkün olmadığını söyləyib. Nazir deyib: "Əhali Gürcüstanın əvvəlki rəhbərliklərinin törətdikləri cinayətlərdən xəbərdardır". O, Saakaşvili də daxil olmaqla, bir çox partiya üzvlərinin mühakimə olunduqlarını xatırladıb.
Hürr Tərcüman