📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baş nazir qəzalı binalarla bağlı tapşırıq verdi

2025-03-18 17:57:56

Baş nazir qəzalı binalarla bağlı tapşırıq verdi

Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti, görüləcək işlər və digər əlaqəli məsələlərə dair iclas keçirilib.

Nazirlər Kabinetindən Hurriyyet.az-a verilən məlumata görə, iclasda Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak edib, məruzələr dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub, aidiyyəti qurumlara tapşırıqlar verilib.