Baş nazir Ronaldoya zəng etdi
Portuqaliyanın Baş naziri Luiş Monteneqro milli komandada yaşanan qalmaqaldan sonra hücumçu Kriştianu Ronaldo və baş məşqçi Jorje Jezus ilə danışıqlar aparıb.
Hurriyyet.media “Record” nəşrinə istinadən xəbər verir ki, hökumət rəhbəri əvvəlcə şəxsən Ronaldonun özünə zəng edib, daha sonra isə Portuqaliya Futbol Federasiyasının rəhbəri vasitəsilə baş məşqçi Jezus ilə əlaqə saxlayıb.
Qeyd edək ki, münaqişə ilk olaraq Ronaldonun Norveçlə oyuna buraxılmaması səbəbindən yaranmışdı. Federasiya prezidentinin müdaxiləsi ilə gərginlik səngisə də, Danimarka oyunu öncəsi mətbuat konfransında Jezus 41 yaşlı ulduzun bu matçı da buraxa biləcəyini ehtimal edib. Bundan sonra Ronaldo komandanın düşərgəsini özbaşına tərk edib.
Hadisələrin ardınca bu gün məlum olub ki, milli düşərgədən özbaşına getdiyinə görə Ronaldonu 6 aylıq diskvalifikasiya gözləyir. Portuqaliya Futbol Federasiyasının intizam reqlamentinə əsasən, 234 matçda 146 qol vuraraq iki dünya rekorduna sahib olan 41 yaşlı hücumçu iri məbləğdə cərimələnə və ya 1 aydan 6 ayadək millidən kənarlaşdırıla bilər.