Baş nazir Starmer Pezeşkianı “Yaxın Şərqdə gərginliyin azaldılmasına” kömək etməyə çağırıb
2024-08-13 10:24:43
Ağ Evin 5 ölkə ilə birgə bəyanatının dərc olunmasından sonra Böyük Britaniyanın baş naziri İran prezidenti ilə danışıb. Bu barədə “Sky News” xəbər verir.
Belə ki, Böyük Britaniyanın baş naziri Starmer İran prezidenti Pezeşkianla telefonla danışıb. 30 dəqiqə davam edən söhbətdə Britaniyanın baş naziri Pezeşkianı “Yaxın Şərqdə gərginliyin azaldılmasına” kömək etməyə çağırıb. O, həmçinin vurğulayıb ki, atəşkəs və girovların azad edilməsi üçün diqqəti diplomatik danışıqlara yönəltmək lazımdır.
Lalə, Hurriyyet.az