📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baş nazir tullantıların axıdıldığı sahildən tutulmuş balığı yedi - VİDEO

2023-08-30 13:03:20

Baş nazir tullantıların axıdıldığı sahildən tutulmuş balığı yedi - VİDEO

Hurriyyet.az xəbər verir ki, Yaponiyanın Baş naziri Fumio Kisida ilə bir neçə nazir Atom Elektrik Stansiyasınının tullantılarının okeana axıdıldığı Fukusima sahilində tutulmuş balığı və dəniz məhsullarını nümayişkaranə şəkildə yeyiblər.

Onlar bu yolla Çinin idxalını qadağan elədiyi dəniz məhsullarının sağlamlıq üçün təhlükəsiz olduğunu göstərməyə çalışıblar. Mətbuatın yazdığına görə, Yaponiya hökuməti bu həftə ərzində balıqçılıq sahəsinə dəstək tədbirlərini bəyan edəcək.

Hürr Tərcüman