Baş nazir xizək sürərkən xəsarət aldı
2025-02-25 18:30:13
Hurriyyet.az xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk xizək sürərkən xəsarət alıb. Hökumət başçısı bu xəbəri sosial şəbəkələrdəki səhifələrində verib. Tusk iki qoltuqağacı ilə çəkilmiş videosunu paylaşaraq yazıb: "Bu istirahət günləri mənim xəyalım idi. Bu günləri düz yarım il planlaşdırmışdım. İki gün nəvələrimlə birlikdə xizək sürdüm". Tusk ayağının zədələnməsinə baxmayaraq, işini dayandırmayacağını, bir neçə gün dayaq ağacları ilə yeriməli olduğunu bildirib. Baş nazir xizəkləri yoxlamaq lazım olduğunu, hadisənin öz diqqətsizliyinin nəticəsində baş verdiyini yazıb.
Hürr Tərcüman