📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baş nazirdən daha bir qərar

2021-12-02 13:06:00

Baş nazirdən daha bir qərar

Nazirlər Kabinetinin “İnsan alveri qurbanlarının repatriasiya Qaydaları”nda dəyişiklik edilib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, dəyişikliklə qaydaya yeni bənd əlavə edilib. Yeni bəndə əsasən isə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən şəxsin gələcəkdə yenidən qurban olmaq riskinin qiymətləndirilməsi və qarşısının alınması istiqamətində preventiv tədbirlər görüləcək.