📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baş nazirdən un və buğdanın qiymətilə bağlı yeni QƏRAR

2021-09-16 15:36:00

Baş nazirdən un və buğdanın qiymətilə bağlı yeni QƏRAR

Baş nazir Əli Əsədov "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" Nazirlər Kabinetinin qərarına dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Hurriyyet.az Modern.az-a istinadən xəbər verir ki, qərara əsasən un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 (beş yüz iyirmi) manat, un 2 istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25 faizi həcmində müəyyən edilib.