Baş nazirdən Zəngəzur dəhlizi ilə bağlı MÜHÜM AÇIQLAMA
2021-12-03 14:25:00
“Vətən müharibəsində qazanılan Zəfərdən sonra ölkəmiz gələcəyə baxır. Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir”.
Hurriyyet.az-ın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, regionda nəqliyyat dəhlizlərinin açılması Azərbaycanın maraqlarına cavab verir.