📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baş nazirə sui-qəsd həyəcanı – Xüsusi xidmətlər ayağa qaldırıldı, təcili toplantı keçirildi

2026-10-12 11:44:53

Baş nazirə sui-qəsd həyəcanı – Xüsusi xidmətlər ayağa qaldırıldı, təcili toplantı keçirildi

Polşada ölkənin yüksək vəzifəli dövlət rəsmilərinə qarşı mümkün sui-qəsd hazırlığı barədə məlumat təhlükəsizlik qüvvələrini hərəkətə keçirib.

Hurriyyet.net  xəbər verir ki, baş nazir Donald Tusk və müdafiə naziri Vladislav Kosinyak-Kamışın hədəfə alına biləcəyi barədə məlumat ciddi narahatlıq yaradıb.

Polşa polisi ölkənin yüksək vəzifəli şəxslərinə qarşı mümkün hücum hazırlığı barədə məlumat əldə edib.

Polşa Daxili İşlər Nazirliyi təhlükə ilə bağlı məlumat daxil olduğunu rəsmən təsdiqləyib. Bundan sonra Daxili Təhlükəsizlik Agentliyinin (ABW) Antiterror Təhlükəsizliyi Mərkəzində təcili müşavirə çağırılıb.

Əməliyyat tədbirlərinə yüksək vəzifəli dövlət rəsmilərinin mühafizəsinə cavabdeh olan Dövlət Mühafizə Xidməti (SOP) də cəlb edilib.

Məlumata görə, ölkənin hüquq-mühafizə orqanları və xüsusi xidmətləri gücləndirilmiş hazırlıq vəziyyətinə gətirilib. Baş nazirin və müdafiə nazirinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində əlavə tədbirlər görülür.

Ehtimal olunan sui-qəsd planının arxasında kimlərin dayandığı hələlik açıqlanmır. Təhlükənin nə dərəcədə real olduğu və mümkün hücumun hansı üsulla həyata keçirilə biləcəyi barədə də rəsmi məlumat verilmir.

Hazırda təhlükəsizlik qurumlarının daxil olmuş məlumatları araşdırdığı bildirilir.