📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baş naziri güllələyən yazıçı məhkəmədə etiraf etdi - Yenilənib

2024-05-18 15:47:13

Baş naziri güllələyən yazıçı məhkəmədə etiraf etdi - Yenilənib

Slovakiya Baş naziri Robert Fitsonu güllələyən yazıçı Yuray Çintulanın məhkəməsi keçirilir.

Hurriyyet.az xəbər verir ki, cinayətkar bu dəqiqələrdə məhkəməyə gətirilib.

Xatırladaq ki, mayın 15-də Slovakiya Baş naziri Robert Fitsoya qarşı sui-qəsd törədilib. Baş nazirin Leviçe şəhərindən olan 71 yaşlı yazıçı Yuray Çintula tərəfindən güllələndiyi məlum olub. O, hadisəni niyə törətməsi haqda açıqlama verib və hökumətin siyasəti ilə razı olmadığından bu addımı atdığını qeyd edib.

***

71 yaşlı yazıçı Yuray Cintula prokurorluğun təqsirləndirilən şəxsin həbsi ilə bağlı vəsatətinə baxılan ilk məhkəmə iclasında sui-qəsd etdiyini etiraf edib.

Qeyd edək ki, yazıçı mayın 15-dən istintaq təcridxanasındadır.

Fotoda: Yuray Çintula

 



qafqazinfo.az