📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baş prokuror separatçıların məhkəməsindən danışdı

2024-01-20 11:43:18

Baş prokuror separatçıların məhkəməsindən danışdı

Baş prokuror Kamran Əliyev erməni separatçıların istintaq prosesindən danışıb.

Hurriyyet.az Report-a istinadla xəbər verir ki, o, separatçıların işğaldan əvvəl də Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərdiyini vurğulayıb.

K. Əliyev bildirib: "Onlar qanunsuz hərəkətləri Ermənistana tabe olmaqla törədib, separatçılıqla məşğul olublar. Bütün bunlarla bağlı hərtərəfli istintaq tədbirləri həyata keçirilir. Hazırda görüləsi işlər çoxdur. Azərbaycan Respublikasının qoşulduğu bütün beynəlxalq konvensiyaların tələbinə və milli qanunvericiliyə uyğun olaraq bütün istintaq hərəkətləri aparılır. Cinayət işi yekunlaşdıqdan sonra bütün ittihamlar məhkəməyə göndəriləcək və bununla bağlı ictimaiyyətə məlumat veriləcək".