Baş prokuror: “Xalqımızın haqqı var ki, bu istintaqın nəticəsi barədə məlumatlı olsun”
2023-12-12 15:30:57
Azərbaycanın Qarabağ bölgəsində saxlanılan separatçılarla bağlı Baş Prokurorluqda vahid istintaq əməliyyat qrupu yaradılıb.
Hurriyyet.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Baş prokuror deyib ki, hazırda bütün istintaq hərəkətləri Azərbaycan qanunlarına, beynəlxalq konvensiyalara uyğun həyata keçirilir:
“Azərbaycan xalqı bu istintaqın gedişatı, onun nəticələri ilə bağlı tam məlumatlı olacaq. Biz bunu təmin edəcəyik. Azərbaycan xalqının haqqı var ki, istintaqın nəticəsi barədə məlumatlı olsun. İstintaq başa çatandan sonra iş məhkəməyə göndəriləcək”.