📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baş prokurordan yeni təyinatlar

2024-06-04 17:18:41

Baş prokurordan yeni təyinatlar

Füzuli rayonuna yeni prokuror təyin edilib.

Hurriyyet.az xəbər verir ki, Baş Prokurorluqdan bildirilib ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Cəbrayıl rayon prokuroru Ramiz Əliyev vəzifəsindən azad olunub və ona Füzuli rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Bundan başqa, Elnur Rüstəmov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub. E.Rüstəmov bu təyinata qədər Füzuli rayon prokuroru vəzifəsində işləyib

Baş prokurorun digər əmri ilə Ramiz Əliyevə Füzuli rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Ramiz Əliyev bu təyinata qədər Cəbrayıl rayon prokuroru vəzifəsində işləyib.

 Kamran Əliyevin müvafiq əmrinə əsasən Vüqar Səlimova Cəbrayıl rayon prokuroru vəzifəsinin icrası həvalə edilib. Bu təyinata qədər Vüqar Səlimov Ağcabədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.