📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baş prokurorluğun “qaynar xətt” nömrələrinə şikayətlərə qadağanı kim tapşırıb?

2022-09-16 15:36:00

Baş prokurorluğun “qaynar xətt” nömrələrinə şikayətlərə qadağanı kim tapşırıb?

Kərəm Həsənovun iş ayaması Sezer Keremdir?

Baş prokurorluğun qaynar xətt nömrələri açıq şəkildə vətəndaş müraciətlərini qəbul etməkdən imtina edir. Təsəvvür edin, qurumun saytında 4925540, 4920138 stasionar nömrələri qeyd olunsa da, birinci nömrənin mövcud olmadığı avtomatik rejimdə bildirilir, ikinci 4920138 nömrəsi isə, ən yaxşı (!) halda, şikayətlər üçün nəzərdə tutulmadığını vurğulayır. Sual yaranır, bəs bu nömrələr nədən yanadır, vətəndaşlara nömrə gəlməkdən yana?

Heç 161 və 961  qaynar xətləri də şikayətləri dinləmir. 961 yalançı növbədə avtomatik rejimdə gözlədib, sonda zənglərin çoxluğu “əsası” ilə  növbəti gün zəng etməyi diqqətə çatdırır. 161 qaynar xətti özünü təqdim etmədən şikayətlərin baş prokurorluğa aid olmadığını bildirir. Ümumiyyətlə, aidiyyat adı ilə şikayətin qəbul edilməməsi çağrı mərkəzi haqqında qanunvericiliyin tələblərinə ziddir. Müraciət ona aid olmadıqda aidiyyatı üzrə göndərilməli və bu barədə müraciət edənə məlumat verilməlidir. Bəs niyə baş prokurorluğun qaynar xətləri şikayətləri qəbul etməkdən imtina edirlər? Və ya şikayətləri qəbul etməkdən imtina etməyi növbətçi prokurorlara kim tapşırıb? Aydındır ki, şikayəti qəbul etdiyinə görə prokurora heç bir irad bildirilə bilməz, bu onun görəv borcudur. Amma qəbul etməməyə görə irad da bildirilər, hələ töhmət də verilə bilər. Hələ digər cəza növlərini demirik. Şikayətin qəbul edilməsindən imtinaya görə cəzalandırılacağını bilən növbətçi prokuror nəyin naminə bu özbaşınalığa gedir? Cavab yalnız birdir, baş prokurorluğun yüksək səviyyəli əməkdaşı, bəlkə də baş prokurorun özü konkret şəxsin və ya konkret korrupsiya əməlinin qeydə alınmamasına göstəriş verib. Başqa nəsə fikirləşmək olmur.

16.09.2022-ci ildə saat 13 radələrində 161-ə zəng edib Xətai məhkəməsinin 14 və 12 il qabaqkı 2 qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ qazisinə verilən qeyri-yaşayış otaqlarını saxta şəhadətnamə ilə ələ keçirən borclular ƏMDK  (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ), Nizami RİH və Ədliyyə Nazirliyinin icra məmurlarının Nizami polisinə tələbkar 1-ci dərəcəli əlilə işgəncə sifarişi verməsindən şikayətə dəstəyi asmaqla cavab verildi. Təkrar zəngə də özünü təqdim etməyən növbətçi prokuror, məhkəmə qərarının müvəqqəti xarakterli  (?) olduğunu güman edib, əmlak dələduzluğunu müdafiə etdi. Belədə hansı korrupsiyaya qarşı mübarizədən danışmaq olar? Təsəvvür edin, 1-ci dərəcəli Qarabağ qazisinə sahibkarlıqla məşğul olmağa verilən otaqları borclular İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın, Nizami RİH və Ədliyyə Nazirliyinin məsul şəxsləri saxta şəhadətnamə ilə ələ keçirib satıblar, indi də tələbkar Qarabağ qazisinə işgəncə sifarişi verib, 9 qabırğasını sındırıblar, korrupsiyaya qarşı mübarizə baş idarəsinin prokuroru isə dövlətin adından çıxarılan  məhkəmə qərarının korrupsioner əmlak dələduzlarının qərarından aşağıda olduğunu bildirib, şikayəti qeydə almaqdan imtina edir. Bu yekəlikdə korrupsiyanın, üstəgəl 1-ci dərəcəli Qarabağ qazisi tələbkara işgəncə verilməsinin başında , aydındır ki, elə - belə məmurlar dayanmaz. Borcluların keçmiş ƏMDK sədri, hazırda Prezident köməkçisi Kərəm Həsənov, onun müavini hazırda Cəlilabad RİH başçısı  Rafiq Cəlilov, Nizami RİH -in keçmiş, Dövlət Statistika Komitəsinin hazırkı sədri Tahir Budaqov, onun bacanağı Nizami “JEK”-in keçmiş ,1 saylı icra nümayəndəliyinin hazırkı müdiri Həsən Sadıxov, Nizami RİH -in ictimai -siyasi şöbəsinin müdiri Əli Axundov , icra başçısı olmuş Arif Qasımov, onun qardaşı Ədliyyə Nazirliyinin Xətai icra və probasiya şöbəsinin müdiri Vüqar Qasımov, Nizami RİH müavini Qərib Məmmədov və digər vəzifəli şəxslər olmaları da sifarişin ən yüksək səviyyədə verilməsini ortaya qoyur. Bəs niyə prokurorluq sifarişə boyun əyir, illərdir mətbuatda dərc olunan cinayət xarakterli işləri araşdırmır, amma jurnalisti, vəkili mətbuatda dərc olunan məlumata əsasən anında həbs edir?

Baş prokurorluğun şöbə səlahiyyətli mətbuat xidmətinin prokurorlarından sorğumuza cavab ala bilmədik. Alan kimi işıqlandırmağa hazırıq.

Məğrur Bədəlsoy

P. S.  Xətai məhkəməsinin 26.05.2009 və 21.06.2011 tarixli 2 qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ qazisinə verilən Nizami rayonu, Bəhruz Nuriyev, 10a ünvanındakı qeyri-yaşayış otaqlarını öncə həmin ünvandakı  “Kapitalbank”ın Nizami filialının “mülkiyyətinə” veriblər”, bank bunu yalanlayanda rayon sakini və imtiyazı olmayan Hüseynov Aydın Bəxtiyar oğlunun adına sənədləşdiriblər . İndi isə rəhbəri Sezer Kerem (ata adını, vətəndaşlığını gizli saxlayırlar, bəlkə elə Kərəm Həsənovun digər adıdır!) olan “TURKUAZ -555” MMC-nin adına qeydiyyata alıblar. Açıq -aşkar korrupsiya, əmlak dələduzluğu, cinayətkar dəstə şəklində 1-ci dərəcəli Qarabağ qazisinə işgəncə verilməsi faktına hüquqi qiymət verilməsi təmin olunmur.