📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baş Prokurorluq Rasim Məmmədovun vəkilinin evində axtarışa başladı

2022-09-10 16:55:00

Baş Prokurorluq Rasim Məmmədovun vəkilinin evində axtarışa başladı

Baş prokurorluq əməkdaşları Rasim Məmmədovun vəkili Elçin Sadıqovun evində və ofisində axtarış aparır.

Hurriyyet.az xəbər verir ki, bu barədə Elçin Sadıqovun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd edək ki, bu gün “Xural TV”nin rəhbəri Əvəz Zeynallı Baş Prokurorluq əməkdaşları tərəfindən saxlanılıb. Onun Elçin Sadıqov vasitəsilə Rasim Məmmədovdan 20 min manat aldığı iddia edilmişdi. Elçin Sadıqov isə Rasim Məmmədovun ailəsi ilə əlaqə saxladığını və iddianın əsassız olduğunu bildirmişdi.

yeniavaz.com