📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baş Prokurorluqda FHN-in müstəntiqləri barəsində araşdırmalara başlanılıb

2022-11-05 14:53:00

Baş Prokurorluqda FHN-in müstəntiqləri barəsində araşdırmalara başlanılıb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-istintaq idarəsinin iki müstəntiqi - Zaur İslamov və Rüfət Nuriyev barəsində araşdırmalara başlanılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-ə hər iki şəxs barəsində vətəndaşların şikayətləri daxil olub. Daha sonra nazirlikdə araşdırma aparılıb və toplanılan materiallar baxılması üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Hər iki şəxs İdarəyə dəvət olunub və hazırda onların barəsində araşdırmalar aparılır.

Report.az