📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baş Prokurorluqda yeni şöbə yaradıldı və rəis təyin olundu

2023-04-04 16:44:00

Baş Prokurorluqda yeni şöbə yaradıldı və rəis təyin olundu

Baş Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsi yənidən təşkil olunub.

Hurriyyet.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən idarənin tərkibində yeni şöbə Sənəd dövriyyəsinin təşkili şöbəsi yaradılıb. Bununla da, qeyd olunan idarədə olan şöbələrin sayı 3-ə çatdırılıb. Yeni yaradılan şöbəyə rəis İsmayıl Ağayev təyin olunub.

Qeyd edək ki bu təyinata qədər İsmayıl Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru vəzifəsində çalışıb.

Bundan başqa Baş prokurorun digər əmrilə Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini-Statistika şöbəsinin rəisi vəzifəsinə Hümbətov Elnur Akif oğlu təyin olunub.