“Başa düşdüm ki, dünyaya bu məlumatları qəbul etmək qətiyyən sərf etmir...”
“Düşmən Bərdənin Qarayusifli kəndinə raket atdığı məqamda ora çatdıq. Çünki bu haqda bizə artıq informasiya daxil oldu ki, kənd raket atəşinə tutulub. Kəndə getdik və gördük ki, 4 şəhid və 17 nəfər yaralımız var. Bizim bir çox jurnalist həmkarlarımız da kənddə idi”
Hurriyyet.az Moderator.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında telejurnalist İlqar Mikayıloğlu deyib. İ.Mikayıloğlu deyib ki, dünya ictimaiyyəti ermənilərin bu vandallığını qəbul etmək istəmir:
“Biz bu hadisələri dünya ictimaiyyətinə çatırırıq, amma maraqlıdır ki, dünyanın özünün buna reaksiyası necə olacaq?! Müxbirlərimiz hamısı işlədi, biz məlumatın hamısın çatdırdıq. Qaldı ki, dünyanın özünə bu məlumatı qəbul etmək nə qədər sərf edir, bu artıq başqa məsələdir. Mən belə başa düşdüm ki, dünyaya bu məlumatları qəbul etmək qətiyyən sərf etmir. Bu informasiya onlara lazım deyil. İstər Gəncədə, istərsə də Bərdədə dinc əhalinin ermənilər tərəfindən atəşə tutulması haqda məlumat versək də, bir çox təşkilatlar bunu güc-bəlayla qəbul etdilər. Bu da o demək idi ki, baş verən hadisələri qəbul etmək onlara sərf eləmirdi”.